Bir dəfə oturan, ikinci dəfə başqa adam kimi qalxır.
Menu yoxdur. Var, amma biz baxmırıq ona.
Bura gələn hər kəs görünür — işıqda yox, aurasında. Kim yaxşı vibe-lıdır, kim gərgindir, kim gecəni xilas edəcək… onu bar komandası dərhal hiss edir.
Hər kokteylin bir ismarıcı var. Bəziləri səni sakitləşdirir, bəziləri planlarını dəyişdirir. Hansının sənə düşdüyü isə tamamən taledir.